Azərbaycana və Azərbaycandan yük daşımaları

«AZTRANSLINE» nəqliyyat-ekspedisiya şirkəti Azərbaycandan  beynəlxalq yük daşımalarıAzərbaycana (Bakı) beynəlxalq yük daşımaları təklif edir. Bizim şirkət bütün istiqamətlərdə yüklərin daşınmasını həyata keçirir. Sizə Azərbaycandan Rusiyanın hər hansı bir şəhərinə və yaxud əksinə, Rusiyadan Azərbaycanın şəhərlərindən birinə yük çatdırmaq lazımdır? Biz Sizə bu məsələdə kömək göstərərik. Bundan əlavə bizim şirkət Azərbaycandan MDB və Avropa ölkələrinə və əks istiqamətlərdə yük daşımalarını da həyata keçirir.

Azərbaycana yüklərin çatdırılması aviasiya, dəmir yolu, yük avtomobilləri  kimi müxtəlif nəqliyyat növləri ilə həyata keçirilir. Gediş marşrutunun və nəqliyyatın növünün seçimı zamanı şirkətin mütəxəssisləri, ilk növbədə, müştərinin maraqlarını rəhbər tutur. Avtomobil nəqliyyatı müxtəlif növ yüklərin daşınmasında çox geniş istifadə olunur. Avtomobil daşımalarının əsas üstünlüyü yükün təyinat nöqtəsinin mərkəzlərdən hansı  məsafədə yerləşməsindən asılı olmayaraq ölkənin istənilən məntəqəsinə çatdırmaq imkanından ibarətdir. Azərbaycana avtomobil daşımaları bizim mütəxəssislər tərəfindən işlənib hazırlanan logistik sxemlər əsasında həyata keçirilir. Biz  Azərbaycana yük daşınmalarının müştərilərimiz üçün sərfəli olmasına çalışıriq və  yükün tez çatdırılmasına, etibarlılığına və qorunmasına təminat veririk.

Azərbaycana yüklərin kiçik partiyalarla göndərilməsinə zərurət yaranarsa ayrıca nəqliyyat vasitəsini icarə götürməyə lüzum yoxdur. Bunun üçün yığma yüklərin daşıma xidmətindən istifadə etmək olar. Yükün kiçik partiyası da  daha az məsrəflərlə və tez çatdırıla bilər. Daşımanın  bu növü müştəri üçün daha sərfəli olarsa, şirkətin mütəxəssisləri tərəfindən yığma yüklərin bu növ daşıma sistemi təklif olunacaqdır.

Yüklərin hüquqi və ekspedisiya müşaiyəti bizim şirkətin əlavə xidmətidir. Bu riski və vaxt itkisini əhəmiyyətli dərəcədə aşağı salır və müxtəlif cür anlaşmamazlıqları istisna edır. Bakı ilə Moskva və Rusiyanın digər şəhərləri arasında yüklərin daşınması  təcrübədə sınanmış marşrutlar üzrə operativ və rahat şəkildə təmin olunur. Yükü satan və ya yükü göndərən şəxs yükün gömrük sənədləşməsini öz üzərinə götürmək istəmədiyi hallarda bizim şirkət bu xidməti də öz öhdəsinə götürür.

Azərbaycana xalq istehlakı və digər malların başlıca idxalçısı Cənub-Şərq dövlətləri, xüsusilə də  Çin Xalq Respublikasıdır. Biz Asiya və Cənub-Şərq ölkələrindən, həmçinin Çindən Azərbaycana konteyner daşımalarını həyata keçiririk.

«AZTRANSLINE»  məmnuniyyətlə Sizin yükünüzün Azərbaycandan göndərilməsinə və Azərbaycana  gətirilməsinə kömək edər!