Türkiyəyə və Türkiyədən yük daşımaları

Güclü iqtisadiyyata malik olan və Azərbaycan, Rusiya və regionun digər ölkələrinin mühüm strateji partnyoru kimi tanınan Türkiyə strateji cəhətdən mühüm bir coğrafi məkanda yerləşir. Beləki, bu ölkə Asiya və Avropa və postsovet ölkələri arasında bir koridor rolunu oynayır. Türkiyənin Rusiya və region ölkələri ilə əmtəə dövriyyəsinin həcmi ildən ilə artır. Bütün postsovet ölkələrində türk şirkətlərinin sayı artır. Bundan başqa, Türkiyədə inkişaf etmiş  nəqliyyat infrastrukturu, Avropa keyfiyyətli avtomagistrallar və dəmir yolu şəbəkələri mövcuddur. Türkiyə daşıyıcıları hal-hazırda bütün istiqamətlərə  yük daşımaq imkanına malikdirlər. Azərbaycan isə öz növbəsində Türkiyəni Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi Orta Asiya ölkələri ilə birləşdirir. Bu amillər Türkiyəyə və Türkiyədən yük daşımalarını və həmçinin, Türkiyə ərazisindən keçən tranzit daşımalarını «AZTRANSLINE» şirkətinin fəaliyyətində prioritet istiqamətlərindən birinə çevirir. Bizim üçün türk şirkətləri ilə sıx əməkdaşıqda ən mühüm amil dil probleminin olmamasıdır. «AZTRANSLINE» şirkəti TürkiyəyəTürkiyədən MDB və Avropa ölkələrinə beynəlxalq yük daşımalarını təklif edir. Türkiyəyə və Türkiyədən yük daşımaları zamanı avia və dəmir yolu ilə daşımaları ilə yanaşı avtomobil nəqliyyatı ilə daşımalardan da  geniş istifadə olunur. İnkişaf etmiş anbar infrastrukturunun mövcudluğu Türkiyəni Avropadan və Türkiyənin özündən aparılan yığma yüklərin konsolidasiyası üçün və sonradan bu yüklərin avtofurqon və ya dəmir yolu vaqonları vasitəsilə Gürcüstan, Azərbaycan və Orta Asiya ölkələri istiqamətində daşınması üçün əlverişli edir. Biz yüklərin Türkiyəyə aparılması və Türkiyədən yüklərin gətirilməsi üçün alternativ marşrutlardan da istifadə edirik. Məsələn, çox sərfəli marşrutlardan biri belədir: nəqliyyat vasitəsi yükü Rusiyadan Gürcüstana çatdırır və yükü Gürcüstanda boşaldaraq qonşu  Türkiyəyə keçir. Türkiyədə isə həmişə Rusiyaya və Qazaxıstana əks istiqamətdə yüklər mövcud olur. Biz  yüklərin Türkiyəyə göndərilməsi və Türkiyədən yüklərin daşınması prosesinin müştərilərimiz üçün sərfəli olmasını,  yükün daha tez çatdırılmasını, etibarlılığını və qorunmasını təmin edirik.

«AZTRANSLINE» yük daşımalarını dəqiq işlənmiş marşrut və yoxlanılmış gediş yoluna müvafiq olaraq həyata keçirir. Bizim əməkdaşlar  sərhəd buraxılış məntəqələrinin fəaliyyəti və gömrük formallıqları və nüanslar haqqında tam məlumata malikdirlər. Bizim tərəfdən həmçinin, saat qurşağının fərqləri də nəzərə alınır. Bu görə də, Sizin yüklərinizin çatdırılması sərhəddə minimal vaxt itkisi ilə, ən qısa zamanda baş verəcəkdir. «AZTRANSLINE» şirkətin nümayəndələri Sizin yükünüzü MDB və yaxud Avropanın istənilən məntəqəsindən götürür və Sizin seçdiyiniz istənilən marşrutla Türkiyəyə göndərir. Yalnız daşınmalarla məhdudlaşmayaraq bizim şirkət logistik xidmətlərinin bütün spektrini də təklif edir. Bizim mütəxəssislər ağır yüklü və yaxud qeyri-qabarit olan yığma yüklərin çatdırılması üçün lazım olan icazələri almağa kömək edir, sığorta, gömrük deklarasiyaları və fakturalarının doldurulması üzrə məsləhətlər verir.

Bizim   müştərilər  onların yüklərinin təyin olunmuş vaxtda Türkiyəyə çatdırılması və ya Türkiyədən gətirilməsi, yükü müşaiyət edən sənədlərin hazırlanmasıvə vəziyyəti haqqında narahat olmamalıdırlar.

Biz Sizə Sizin yükün qorunmasına və bizim şirkət tərəfindən təqdim edilən bütün logistik xidmətlərin yüksək keyfiyyətinə zəmanət veririk. Yüklərin çatdırılması yüksək səviyyədə həyata keçiriləcəkdir, bu da «AZTRANSLINE» şirkətinin əməkdaşlarının işlərinə maksimal məsuliyyətlə yanaşması ilə şərtləndirilir. Yüklərin daşınmasını bizdə sifariş edərək, Siz başqa işlərlə məşğul ola bilər və  sifarişinizə görə narahat olmaya bilərsiniz.

«AZTRANSLINE» məmnuniyyətlə Sizə yükünüzün Türkiyəyə göndərilməsi  və Türkiyədən  gətirilməsində kömək edər!