Gürcüstana və Gürcüstandan yük daşımaları

«AZTRANSLINE» şirkəti Gürcüstana beynəlxalq yük daşımalarını və  Gürcüstandan MDB və Avropa ölkələrinə beynəlxalq yük daşımaları təklif edir. Yüklərin Gürcüstana göndərilməsi  və Gürcüstandan yüklərin gətirilməsi bizim nəqliyyat şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir, çünki bu ölkə bizim yaxın qonşumuz və bizim üçün dost ölkədir. Gürcüstan bizim ölkənin və MDB-nin digər ölkələrinin, o cümlədən Rusiyanın əsas ticarət partnyorlarından biridir. Məhz  bu ölkələr arasında yük dövriyyəsinin həcmi beynəlxalq yük daşımalarının yerli bazarda tələbatını formalaşdırır. Gürcüstana müxtəlif növ yüklərin daşınmasında  avia və dəmir yolu daşımaları kimi yük daşıma növləri ilə yanaşı avtomobil nəqliyyatından da geniş istifadə olunur. Gürcüstana avtodaşımalar bizim mütəxəssislər tərəfindən işlənib hazırlanmış logistik sxemlər əsasında həyata keçirilir. Gürcüstana  Rusiyaya və MDB-nin digər ölkələrinə gedən əsas tranzit marşrutlardan biri Azərbaycandan keçir, ona görə də, Gürcüstana yük daşımaları Azərbaycanın, Rusiyanın və bəzi postsovet ölkələrinin nəqliyyat şirkətləri üçün çox cəlbedicidir. Həmçinin, biz Gürcüstana yük daşıma  və  Gürcüstandan yüklərin daşınması üçün alternativ marşrutlardan istifadə edirik. Daha dəqiq desək, yüklərin Gürcüstanın dəniz limanlarından Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Türkmənistana və İrana daşınmasını həyata keçiririk. Biz Gürcüstana yük daşınmalarının müştərilərimiz üçün sərfəli olmasına çalışıriq və  yükün tez çatdırılmasına, etibarlılığına və qorunmasına təminat veririk.

Bizim şirkət həmçinin, yüklərin kiçik partiyalarla göndərilməsini də təşkil edir. Belə hallarda ayrıca nəqliyyat vasitəsini icarə götürməyə lüzum yoxdur. Bunun üçün yığma yüklərin daşıma xidmətindən istifadə etmək olar. Yükün kiçik partiyası da  az məsrəflərlə və tez çatdırıla bilər. Daşımanın  bu növü müştəri üçün daha sərfəli olarsa, şirkətin mütəxəssisləri tərəfindən yığma yüklərin bu növ daşıma sistemi təklif olunacaqdır.

Biz yük daşımalarını  dəqiq işlənmiş  və sınanılmış marşrutlara uyğun həyata keçiririk. Bizim əməkdaşlar  sərhəd buraxılış məntəqələrinin fəaliyyəti və gömrük formallıqları və nüanslar haqqında tam məlumata malikdirlər. Bizim tərəfdən həmçinin, saat qurşağının fərqləri də nəzərə alınır. Bu görə də, Sizin yüklərinizin çatdırılması sərhəddə minimal vaxt itkisi ilə ən qısa zamanda baş verəcəkdir. Gürcüstanın hər bir şəhəri bizim xidmətlər sayəsində Sizə daha yaxın olur!

«AZTRANSLINE» şirkətinin nümayəndələri Sizin yükünüzü MDB və  Avropanın istənilən məntəqəsindən götürür və Sizin seçdiyiniz istənilən marşrutla Gürcüstana göndərir. Bizim şirkət yalnız daşımalarla məhdudlaşmayaraq logistik xidmətlərin bütün spektrini də təklif edir. Bizim mütəxəssislər ağır çəkili və  qeyri-qabarit olan yığma yüklərin çatdırılması üçün lazım olan icazələri almağa kömək edir, sığorta, gömrük deklarasiyaları və fakturalarının doldurulması üzrə məsləhətlər verir. Bizim   müştərilər onların yüklərinin  Gürcüstana təyin olunmuş  vaxtda çatdırılması və yükü  müşaiyət edən sənədlərin hazırlanması və vəziyyəti haqqında narahat olmamalıdırlar.

Biz Sizə Sizin yükün qorunmasına və bizim şirkət tərəfindən təqdim edilən bütün logistik xidmətlərin yüksək keyfiyyətinə zəmanət veririk. Yüklərin çatdırılması yüksək səviyyədə həyata keçiriləcəkdir, bu da «AZTRANSLINE» şirkətinin əməkdaşlarının öz işinə maksimal məsuliyyətlə yanaşması ilə şərtləndirilir. Yüklərin daşınmasını bizdə sifariş edərək, Siz başqa işlərlə məşğul ola bilər və sifarişinizə görə rahat ola bilərsiniz.

«AZTRANSLINE»  məmnuniyyətlə Sizə yükünüzün Gürcüstana çatdırılması və Gürcüstandan  gətirilməsində kömək edər!