Dəmir yolu daşımaları

Dəmir yolu daşımaları – yükün istənilən məsafələrə optimal rahat çardırılma üsuludur. Bu daşıma növünün üstünlükləri ilk növbədə böyük yükgötürmə qabiliyyəti, müxtəlif parametrlərə malik olan və yükləmənin müxtəlif texnologiyalarını tələb edən yüklərin çatdırılma imkanının  olmasıdır.   Avtomobil daşımalarında qeyri-qabarit sayılan yüklərin daşınması uzun müddətli danışıqlar və xüsusi avtomobillərin cəlb olunmasını tələb edirsə, belə yüklərin dəmir yolu ilə daşınması  kifayət qədər tez və sadə yolla rəsmiləşdirilir və bu yüklər asanlıqla vaqon və ya platformalara  yerləşdirilir. Nəqliyyat növləri arasında   dəmir yolu ilə yük daşımalarının populyarlığına təkan verən vacib faktorlardan biri də onun əlverişliliyi və artıq xərclərin olmamasıdır.

"AZTRANSLINE" digər çatdırılma növləri ilə yanaşı, dəmir yolu ilə daşımalara da müraciət etməyi təklif edir. Şirkətin bu daşımalar sektoru ilə məşğul olan  mütəxəssisləri sizə daşımanın necə keçməsi, tələb olunan sənədlərin siyahısı, gömrük rəsmiləşdirilməsi haqqında ətraflı məlumat verməklə yanaşı, düzgün sığortanı seçməkdə də kömək edəcək və gələcək işlərdə  sizin arzu və təkliflərinizi  nəzərə alacaqlar.

"AZTRANSLINE" şirkəti, Azərbaycan, MDB, Şərqi Avropa və Çin arasında dəmir yolu ilə yüklərin import, eksport və tranzit daşınmaları üçün nəqliyyat-ekspedisiya xidmətlərini təklif edir. Bizim şirkət geniş partnyorlar şəbəkəsinə malik olduğu üçün dəmir yolu ilə daşımaların keyfiyyəti daim yüksək səviyyədir. Yüklərin dəmir yolu ilə ekspedisiya sferasında bizim üstünlüklər:

— rəqabətə davamlı qiymətlər;

— yükləmə üçün vaqonların vaxtında təqdim olunması;

— bütün marşrut üzrə daşınma kodlarının alınması, təyinat stansiyasına və dəmir yolu idarəsinə teleqramların göndərilməsi.